Yuxarı

Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır

Türkiyə Somalidə hərbi təlim bazası quracaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən ilin noyabr ayında Qətərdə hərbi baza yaradan Türkiyə xaricdəki hərbi bazaların sayını ikiyə çıxarmağa hazırlaşır.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Parlamentinin Müdafiə Komissiyasında Somali ilə Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq Müqaviləsi müzakirəyə çıxarılıb. Sözü gedən müqaviləyə əsasən, Türkiyə Somali ərazisində hərbi təlim bazası yaradacaq. 

Yeni bazada Türkiyədən göndərilən 200 ekspert 10 min yerli hərbçiyə təlim keçəcək.

Məsələnin təfərruatlarını müzakirə etmək məqsədi ilə Türkiyədən Somaliyə 20 nəfərdən ibarət heyət də yollanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi