Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib

Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.
Region
19 Yanvar , 2019 11:45
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.

“Report” “Hurriyet”ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.

Son xəbərlər

Orphus sistemi