Yuxarı
    Bağlamaq

    ​Türkiyəli nazir: "Rusiya hökumətinin yumşalacağına inanırıq"

    Bülent Tüfengçi: Türkiyə istehsalı olan meyvə-tərəvəzin Rusiya əhalisinin daha ucuz qiymətə ala biləcəyindən də xəbərdarıq

    Bakı. 18 yanvar. REPORT.AZ/ "Ölkədəki iqtisadi böhranla əlaqədar Rusiya hökuməti bir az da yumşalacaq".

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfengçi bildirib.

    "Rusiya ilə ölkəmiz arasında böhran yarandığı gündən bu halın tərəfdarı olmadığımızı bildirmişik. Bu günədək bütün problemlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulamışıq. Prezidentimiz, baş nazirimiz, xarici işlər nazirimiz və biz bununla bağlı Rusiyaya çağırışlar etmişik. Bu embarqodan Türkiyədən çox Rusiya iqtisadiyyatının zərər görəcəyini bəyan etmişik. Çıxışlarımızda bunun uzun sürə bilməyəcəyini söyləmişik. Embarqonun aprel-may aylarında yumşalacağını demişik", - deyə nazir vurğulayıb.

    B.Tüfengçi bildirib ki, indiki vəziyyətdə sağlam düşüncənin qalib gəlməsi lazmdır: "Rusiyanın iqtisadi vəziyyəti, əhalinin alıcılıq qabiliyyətinə nəzər salsaq, qarşı tərəfin daha çox yumşalacağına inanıram. Türkiyə istehsalı olan meyvə-tərəvəzin Rusiya əhalisinin daha ucuz qiymətə ala biləcəyindən də xəbərdarıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi