Türkiyə NATO çərçivəsində Avstriya ilə əməkdaşlığa veto qoyub

Türkiyə NATO çərçivəsində Avstriya ilə əməkdaşlığa veto qoyub Bu veto nəticəsində alyansın daha 40 dövlətlə əməkdaşlığında məhdudiyyət yaranacaq
Region
24 May , 2017 11:47
Türkiyə NATO çərçivəsində Avstriya ilə əməkdaşlığa veto qoyub

Bakı. 24 may. REPORT.AZ/ Türkiyə NATO çərçivəsində Avstriya ilə əməkdaşlığa veto qoyub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu veto nəticəsində alyansın daha 40 dövlətlə əməkdaşlığında məhdudiyyət yaranacaq.

İnformasiyaya əsasən, Şimali Atlantika Alyansı dövlətlərarası əməkdaşlıq qaydasını, ikitərəfli tərəfkeşliklə əvəz edib.

NATO-nun təmsilçisi bildirib ki, Türkiyənin vetosuna baxmayaraq, Avstriya ilə əməkdaşlıq davam etdiriləcək.

Avstriya NATO-nun üzvü olmasa da bu hərbi alyansla sıx əməkdaşlıq edir. Məlumata görə, hazırda Avstriyanın 400-dən çox hərbçisi Kosovoda yerləşdirilib.

İnformasiyaya əsasən, Avstriya Türkiyənin Avropa İttifaqına üzv olmasını əngəllədiyi üçün rəsmi Ankara belə bir addımı atıb.

Rəsmi Vyana Ankaranın bu qərarını qınayaraq, onu “məsuliyyətisiz addım” adlandırıb. “Türkiyənin belə məsuliyyətsiz davranışı sübut etdi ki, bu ölkə hələ Avropa İttifaqının bir hissəsi olmaqdan uzaqdır”, - deyə Avstriyanın müdafiə naziri Hans Piter Doskozil bildirib. 

Son xəbərlər

Orphus sistemi