Yuxarı

Türkiyə Myanma müsəlmanları üçün Banqladeşdə qaçqın düşərgəsi salmağı planlaşdırır

Türkiyə Myanma müsəlmanları üçün Banqladeşdə qaçqın düşərgəsi salmağı planlaşdırır
Baş nazirin müavini: Hazırda Banqladeş hökuməti ilə bununla bağlı danışıqlar aparılır
© Ansar.ru

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyə Myanma müsəlmanları üçün Banqladeşdə qaçqın düşərgəsi salmağı planlaşdırır. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Fikri İşık məlumat verib. 

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti bununla bağlı Banqladeş hökuməti ilə danışıqlar aparır: "Rəsmi Ankara Myanmadakı zülmdən qaçaraq Banqladeşə sığınan müsəlmanlara yardımlarını davam etdirəcək". 

Qeyd edək ki, Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi