Türkiyə müxalifəti ölkədə fövqəladə vəziyyət elan olunması qərarına münasibət bildirib

Türkiyə müxalifəti ölkədə fövqəladə vəziyyət elan olunması qərarına münasibət bildirib CHP sədri: "Demokratiya üçün qrup şəklində qərar verilməz"
Region
21 İyul , 2016 14:53
Türkiyə müxalifəti ölkədə fövqəladə vəziyyət elan olunması qərarına münasibət bildirib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyə müxalifəti dövlət çevrilişi cəhdindən sonra ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan olunması barədə qərarla bağlı mövqeyini açıqlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq sənədlə bağlı təşkilat daxilində məsləhətləşmələr aparıldığını və deputatlarının öz seçimində sərbəst olacağını bildirib: "Biz demokratiyanın tərəfdarıyıq. Demokratiya üçün qrup şəklində qərar verilməz". 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı isə ölkədə fövqəladə vəziyyətin elan edilməsinin məqsədəuyğun və düzgün qərar olduğunu vurğulayıb. 

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım CHP və MHP sədrləri ilə telefon danışığında Türkiyə parlamentində müzakirəyə çıxarılacaq ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan olunması barədə qərara dəstək vermələrini istəyib. 

Son xəbərlər

Orphus sistemi