Türkiyənin MSK-sı ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib

Türkiyənin MSK-sı ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib Vətəndaşlar sentyabrın 10-na qədər adlarını seçici siyahısına saldırmalıdırlar
Region
1 Sentyabr , 2015 11:56
Türkiyənin MSK-sı ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin Mərkəzi Seçki Komissiyası ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə bildirilib ki, noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək. Sentyabrın 2-də isə Mərkəzi Seçki Komissiyasının saytında seçicilərin siyahısı yayımlanacaq: "Vətəndaşlar siyahıda öz adlarını və getməli olduqları seçki məntəqəsini tapmalıdırlar. Adı siyahıda olmayan vətəndaşlar sentyabrın 10-na qədər Türkiyə səfirliklərinə şəxsən müraciət edərək, öz adını siyahıya saldıra bilərlər".

Son xəbərlər

Orphus sistemi