ABŞ-ın müdafiə naziri: "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir"

ABŞ-ın müdafiə naziri: "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir" Bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib
Region
21 Oktyabr , 2016 14:04
ABŞ-ın müdafiə naziri: Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir". 

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarəti zamanı bildirib.

Məlumata görə,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Eşton Karterin görüşü 30 dəqiqə davam edib. Onun Baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri Işıkla görüşdüyü də qeyd olunub. Görüşlər bağlı qapılar arxasında keçirilib. 

Xəbərdə bildirilib ki, Eşton Karter İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında Türkiyənin də iştirakının vacibliyini söyləyib. 

Qeyd edək ki, Pentaqon başçısı bölgədəki vəziyyəti müzakirə etmək məqsədi ilə oktyabrın 21-də Türkiyəyə səfər edib.

Son xəbərlər

Orphus sistemi