Yuxarı
    Bağlamaq

    Türkiyə Moldovada Prezident sarayının təmirinə 7 milyon avro ayırıb

    İşlərin bu ilin mayında yekunlaşacağı bildirilir

    Kişinyov. 22 fevral. REPORT.AZ/ Türkiyə Moldovanın paytaxtı Kişinyovda yerləşən Prezident sarayının təmirinə 7 milyon avro ayırıb.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu gün başlanılacaq təmir-bərpa işlərinə ölkə prezidenti İqor Dodon və Türkiyənin Moldovadakı səfiri Hülusi Kılıçın iştirakı ilə start veriləcək.

    İşlərin bu ilin mayında yekunlaşacağı bildirilir. Binanın açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri zamanı nəzərdə tutulur.

    İki ölkə arasında Prezident Sarayının yenidənqurması ilə bağlı razılıq ötən ilin iyulunda əldə edilib və rəsmi Ankara təmir xərclərini öz üzərinə götürüb.

    2009-cu ildə Moldovada dövət çevrilişinə cəhd zamanı baş verən iğtişaşlar zamanı bina zadələnib. Maliyyə imkanlarının olmaması səbəbindən təmir-bərpa işləri 2011-ci ildən bəri dayandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi