Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb - YENİLƏNİB

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb - YENİLƏNİB Toplantı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi alıtnda keçirilib
Region
20 İyul , 2016 19:15
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb - YENİLƏNİB

İlk xəbər 14:34-də qoyulub

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçirilib. 

İclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilib və bu istiqamətdə mühüm qərarlar qəbul olunub.

Toplantıda Şuranın üzvləri - prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Jandarma Qüvvələrinin komandanları iştirak ediblər.

Məlumata görə, 4 saat 40 dəqiqə davam edən iclasda müzakirə olunan məsələlərlə bağlı Şura yazılı açıqlama yayacaq.

Bundan sonra Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi