Yuxarı
    Bağlamaq

    Türkiyə Milli Təhlükəsizlik Şurası Suriyadaki vəziyyəti müzakirə edib - FOTO

    Şura üzvləri Suriya ilə həmsərhəd rayonlarda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar

    Bakı. 29 İyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının iclası 4 saat davam edib.

    "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, iclasdan sonra yayılan məlumatda bildirilir ki, görüş iştirakçıları əsasən Suriyadaki hadisələri müzakirə ediblər.

    Şura üzvləri Suriya ilə həmsərhəd rayonlarda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Bu rayonlarda təhlükəsizlik tədbirlərinin artırılmasının əhəmiyyəti vurğulanıb. Dinc əhalinin hədəf alınması və bölgənin demoqrafik xəritəsinin zorla dəyişdirilməsinə istiqamətlənən cəhdlər pislənib.

    Terror təşkilatları ilə mübarizə əzmi bir daha qeyd olunub.

    Bununla belə Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisinə daxil olması ilə bağlı hərhansı qərar açıqlanmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi