Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədəki hərbi çevriliş cəhdi yaxın zamanda yatırılacaq. “Report” xəbər verir ki, bunu NTV kanalına Türkiyə milli müdafiə naziri Fikri İşıq bildirib.
“Çevriliş cəhdinin yaxın zamanda qarşısı alınacaq, hərbçilərə qeyri-qanuni əmrləri yerinə yetirməməyə çağırıram”, - F.İşıq bildirib.
Milli müdafiə naziri, həmçinin bildirib ki, onda olan məlumatlara görə Türkiyə ordusunun Baş qərargah rəisi hərbi qurumun binasında girov götürülüb.