Yuxarı

Türkiyə Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb

Sadi Güvən: XXVI çağırış parlament seçkilərinin 1 noyabr 2015-ci il tarixində keçirilməsinə qərar verilib

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. Qərar qurumun bu gün keçirilən toplantısında qəbul olunub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə MSK-nın sədri Sadi Güvən jurnalistlərə açıqlamasında növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçiriləcəyini bildirib.

"MSK qış mövsümümün yaxınlaşmasını da nəzərə alaraq Türkiyə Konstitusiyasının müddəalarına əsaslanaraq XXVI çağırış parlament seçkilərinin 1 noyabr 2015-ci il tarixində keçirilməsinə qərar verib", - o deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmət Yılmazı qəbul edib. R.T.Ərdoğan görüş zamanı yeni hökumətin qurulmaması səbəbindən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi