Yuxarı
    Bağlamaq

    Türkiyə məhkəməsi ​MHP-nin fövqəladə qurultay keçirməsinə mane olan qərarı ləğv edib

    MHP mayın 15-də qurultay keçirməlidir

    Bakı. 13 may. REPORT.AZ/ Ankara II İcra Məhkəməsi Türkiyə parlamentində 40 deputatla təmsil olunan Milliyyətçi Hərəkat Partiyasının (MHP) mayın 15-də fövqəladə qurultay keçirməsi ilə bağlı qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Qeyd edək ki, aprelin 19-da partiyanın hazırkı sədri Dövlət Bahçeliyə müxalif olanlar mayın 15-də fövqəladə qurultayı keçirmək haqda qərar qəbul etmişdilər. Aprelin 29-da isə Ankara Sülh və Hüquq Məhkəməsi MHP-nin fövqəladə qurultay keçirməsi haqda qərarın dayandırılması haqda qərar qəbul etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi