Yuxarı

Türkiyə mədəniyyət və turizm nazirinin müavini yol qəzasında ölüb

​Türkiyə mədəniyyət və turizm nazirinin müavini yol qəzasında ölüb

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun ölkənin cənub-şərqində baş vermiş yol qəzasında ölüb.

“Report” xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

"Dərin kədər hissi ilə mədəniyyət və turizm nazirinin müavini, professor Əhməd Haluk Dursunun yol qəzası nəticəsində ölüm xəbərini aldım", - deyə Türkiyə prezidenti "Twitter" mikrobloqunda yazıb.

NTV telekanalının məlumatına görə, qəza Van şəhərində baş verib.

İlkin məlumata görə, nazir müavininin olduğu maşının sürücüsü idarəetməni itirib və maşın aşıb.

Dursun aldığı yaralardan xəstəxanada keçinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi