​Türkiyə mədən faciəsi ilə əlaqədar Rusiyaya başsağlığı verib

​Türkiyə mədən faciəsi ilə əlaqədar Rusiyaya başsağlığı verib Ankarada bəd xəbərlərin təəssüf hissi ilə izlənildiyi bildirilib
Region
29 Fevral , 2016 00:19
​Türkiyə mədən faciəsi ilə əlaqədar Rusiyaya başsağlığı verib

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyə Rusiyanın Vorkuta şəhərində mədənçilərin ölümü ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir.

Qeyd olunur ki, Ankarada Komidən daxil olan məlumatlar təəssüf hissəsi ilə izlənilir. Türkiyə hakimiyyəti, həmçinin təsəlliverici sözlərlə ölənlərin yaxınlarına müraciət edib.

Vorkutdakı "Severnaya" mədənində baş verən üç partlayış nəticəsində 36 nəfər ölüb. Fevralın 28-dən Komi Respublikasında üç günlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi