Yuxarı
    Bağlamaq

    Türkiyə "Mavi Mərmərə" ilə bağlı məhkəmə işlərinə xitam verir

    Türkiyə ilə İsrail arasında razılaşma buna əsas olaraq göstərilib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə prokurorluğu İstanbul Məhkəməsindən “Mavi Mərmərə” gəmisi ilə bağlı bütün məhkəmə işlərinə xitam verilməsini istəyib.

    “Report” "Sabah"a istinadən xəbər verir ki, Türkiyə ilə İsrail arasında razılaşma buna əsas olaraq göstərilib.

    Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.

    Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi