​Türkiyə Krıma insan haqları üzrə qeyri-rəsmi müşahidəçi göndərəcək

​Türkiyə Krıma insan haqları üzrə qeyri-rəsmi müşahidəçi göndərəcək Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə ATR TV-nin bağlanmasını müzakirə edib
Region
3 Aprel , 2015 17:19
​Türkiyə Krıma insan haqları üzrə qeyri-rəsmi müşahidəçi göndərəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyə Krıma insan haqlarının vəziyyətini monitorinq etmək məqsədi ilə qeyri-rəsmi müşahidə missiyası göndərmək niyyətindədir.

"Report" "Svaboda"ya istinadən xəbər verir ki, bunu Litvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, yaxın zamanda bu missiya yarımadaya göndəriləcək.

Xatırladaq ki, aprelin 1-də Krımda Krım tatarlarına məxsus ATR TV ilə yanaşı, "ATR holdinq"ə daxil olan "Lalə" telekanalı, "Lider" və "Meydan" radiostansiyaları da yayımlarını dayandırıb.

ATR-in bağlanmasına səbəb kimi Rusiya Rabitə sahəsində, İnformasiya texnologoyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin lisenziya verməməsi göstərilib.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bu məsələni telefon danışığında müzakirə edib.

Son xəbərlər

Orphus sistemi