​Türkiyə kəşfiyyatının rəhbəri vəzifəsinə qayıdıb

​Türkiyə kəşfiyyatının rəhbəri vəzifəsinə qayıdıb Hakan Fidan bu il fevralın 7-də tutduğu vəzifədən istefa vermişdi
Region
10 Mart , 2015 12:55
​Türkiyə kəşfiyyatının rəhbəri vəzifəsinə qayıdıb

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) keçmiş başçısı Hakan Fidan millət vəkilliyinə namizədliyini geri götürüb.

"Report" "Haberler"ə istinadən xəbər verir ki, o öz vəzifəsinin icrasına başlayacaq.

Xəbərdə bildirilib ki, Hakan Fidan bu il fevralın 7-də tutduğu vəzifədən istefa vermişdi.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu onun yenidən MİT başçısı olması məsələsini müzakirə ediblər. Nəticədə onu yenidən öz vəzifəsinin icrasına başlamasını razılaşdırıblar.

O, R.T.Ərdoğana və Ə.Davudoğluna təşəkkürünü bildirib: "Ölkəm və millətimə xidmət etmək üçün bu günə qədər olduğu kimi, bundan sonra da müəyyənləşdirilən istənilən vəzifəni yerinə yetirməyə hazıram".

Son xəbərlər

Orphus sistemi