​Türkiyə ilə Ukrayna birlikdə silah-sursat istehsal edəcək

​Türkiyə ilə Ukrayna birlikdə silah-sursat istehsal edəcək Rəsmilər ortaq layihələr həyata keçirəcəklərini bildiriblər
Region
16 Fevral , 2016 16:19
​Türkiyə ilə Ukrayna birlikdə silah-sursat istehsal edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə ilə Ukrayna birlikdə silah istehsal edəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə müdafiə sənayesinin başçısı İsmayıl Dəmir ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov arasında razılıq əldə edilib.

Ukraynada keçirilən görüşdə Oleksandr Turçinov Türkiyəni ölkəsi üçün strateji müttəfiq olaraq gördüklərini vurğulayıb.

Tərəflər silah-sursat istehsalında birlikdə çalışacaqlarını qeyd ediblər.

Rəsmilər təyyarə mühərriki, tank, zirehli maşın, radar və başqa texnikaların birgə istehsalında ortaq layihələr həyata keçirəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi