Türkiyə ilə Rusiya İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədlərini müəyyən edib

Türkiyə ilə Rusiya İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədlərini müəyyən edib Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyə ilə Rusiya Suriyanın İdlib bölgəsində silahsızlaşdırılmış ərazinin sərhədlərini müəyyən edib.
Region
8 Oktyabr , 2018 13:32
Türkiyə ilə Rusiya İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədlərini müəyyən edib
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyə ilə Rusiya Suriyanın İdlib bölgəsində silahsızlaşdırılmış ərazinin sərhədlərini müəyyən edib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya Silahlı qüvvələri arasında çox yaxşı təmaslar, əməkdaşlıq və əlaqə qurulub: “İki ordunun təmsilçiləri arasında bir neçə dəfə görüş keçirilib”.

Qeyd edək ki, sentyabrın 17-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. İki ölkənin liderləri Suriyanın İdlib əyalətində silahsızlaşdırılmış bölgənin yaradılması barədə razılığa gəliblər.  

Son xəbərlər

Orphus sistemi