​Türkiyə ilə Avropa İttifaqı arasında qaçqın mübadiləsi başlayır

​Türkiyə ilə Avropa İttifaqı arasında qaçqın mübadiləsi başlayır Türkiyə göstərilən tarixədək Yunanıstana və Avropa İttifaqına sığınan qaçqınları qəbul etməyi öhdəsinə götürməyib
Region
1 Aprel , 2016 16:03
​Türkiyə ilə Avropa İttifaqı arasında qaçqın mübadiləsi başlayır

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə aprelin 4-dən etibarən Yunanıstandakı adalara, eləcə də Avropa İttifaqı ölkələrinə sığınan qanunsuz miqrantların qəbuluna başlayacaq.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, bu öhdəliyi rəsmi Ankara cari il martın 19-də Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında əldə olunan razılığa əsasən həyata keçirəcək.

Bu anlaşma iki növ qanunsuz mühacirlərə tətbiq ediləcək: üçüncü dövlətlərdən olan qaçqınlar və suriyalı mühacirlər. Martın 20-dən sonra Egey dənizi vasitəsilə Yunanıstana və Avropa İttifaqına keçən suriyalı olmayan miqrantları Türkiyə qəbul edəcək. Türkiyə göstərilən tarixədək Yunanıstana və Avropa İttifaqına sığınan qaçqınları qəbul etməyi öhdəsinə götürməyib.

Razılaşmaya əsasən, aprelin 4-dən başlayaraq Türkiyədə məskunlaşan qanuni qaçqınların hər birinə qarşılıq olaraq Aİ və Yunanıstana keçən bir qanunsuz qaçqın Türkiyəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi