Yuxarı

​Türkiyə-İsrail razılaşmasında irəliləyiş var

Tərəflərin nümayəndə heyətləri Londonda görüş keçirib

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyə və İsrail arasında münasibətlərin normallaşaması üzrə hazırlanan razılaşmada müəyyən irəliləyiş əldə edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda aprelin 8-də keçirilən görüşün nəticələri ilə bağlı yayılan açıqlamada vurğulanıb.

Məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri, səfir Ferudin Sinirlioğlunın başçılıq etdiyi türk dövlətinin nümayəndə heyəti ilə İsrail baş nazirinin xüsusi nümayəndəsi Cozef Siçanover və İsrail Milli Təhlükəsizlik Şurası başçısının müavini Yakov Nagelin rəhbərlik etdiyi yəhudi dövlətinin heyəti arasında İngiltərənin paytaxtı Londonda görüş keçirilib.

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqın nəticəsində Türkiyənin 9 vətəndaşı həlak olmuşdu. 6 ilə yaxındır iki ölkə arasında əlaqələr mövcud deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi