​Türkiyə İraqla viza rejimini sərtləşdirib

​Türkiyə İraqla viza rejimini sərtləşdirib İraqlılar Türkiyəyə yalnız ölkə səfirliklərində verilmiş vizalarla gedə biləcəklər
Region
7 Fevral , 2016 09:41
​Türkiyə İraqla viza rejimini sərtləşdirib

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyə hökuməti İraq vətəndaşlarının ölkəyə gediş-gəlişini yeni qaydada həyata keçirəcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Ankaranın xarici siyasət idarəsinə istinadən RNS məlumat yayıb.

Bundan sonra iraqlılar Türkiyə ərazisinə yalnız ölkə səfirliklərində verilmiş vizalarla daxil ola biləcəklər. Əvvəllər onlar giriş hüququnu sərhəddə əldə edirdilər.

Ankara bu tədbirlərin qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində görüldüyünü bəyan edib.

Son xəbərlər

Orphus sistemi