Yuxarı

​Türkiyə İraqa iki təyyarə hərbi yardım göndərib

Ölkənin müdafiə naziri İsmət Yılmaz İraqa səfər edəcək

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyə İŞİD-in nəzarətində olan Mosulun azad edilməsi əməliyyatına yardım məqsədilə bu gün İraqa iki təyyarə hərbi vəsait göndərib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, hərbi yardım artıq Bağdada çatıb.

Martın 4-də Türkiyənin müdafiə naziri İsmət Yılmaz İraqa səfər edəcək. Onun iraqlı məsullarla görüşünün gündəliyində İraqda İŞİD-ə qarşı mübarizə, təhlükəsizlik və informasiya məsələləri də var.

Bu səfər Mosulda İŞİD-ə qarşı yazda keçirilməsi nəzərdə tutulan əməliyyatlara hazırlıq tədbirləri sırasına aiddir.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının aprel və may aylarında gerçəkləşdiriləcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi