Türkiyə İranın qaz qiymətlərini endirməsinə nail olub

Türkiyə İranın qaz qiymətlərini endirməsinə nail olub Türkiyə məhkəmədə 35,5%-lik endirim edilməsini tələb edirdi, amma məhkəmə alış qiymətinin 10-15% azaldılmasına dair qərar verib
Region
2 Fevral , 2016 16:55
Türkiyə İranın qaz qiymətlərini endirməsinə nail olub

Bakı. 2 fevral. REPORT.AZ/ Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin İrana qarşı qazın qiymətində endirim edilməsiylə bağlı qaldırdığı məhkəmə iddiasını təmin edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, iddia təmin edilsə də, Türkiyənin tələbi tam təmin edilməyib. Belə ki, Türkiyə məhkəmədə 35,5%-lik endirim edilməsini tələb edirdi, amma məhkəmə alış qiymətinin 10-15% azaldılmasına dair qərar verib.

İranın Milli Qaz Şirkətinin rəhbəri Həmid Reza Araki də məlumatı təsdiqləyib. O, 2011-2015-ci illər ərzində Türkiyəyə ixrac olunan qazın qiymətində 10-15% endirim olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə hər il İrandan 10 milyard kubmetr qaz alır.

Son xəbərlər

Orphus sistemi