​Türkiyə-İran qaz kəmərinin Ağrı vilayətindən keçən hissəsində partlayış baş verib

​Türkiyə-İran qaz kəmərinin Ağrı vilayətindən keçən hissəsində partlayış baş verib Yıldız: "İran - Türkiyə qaz kəmərinin Ağrı vilayətində, sərhəddən 15 km məsafədə yerləşən hissəsində təxribat nəticəsində partlayış baş verib"
Region
28 İyul , 2015 12:11
​Türkiyə-İran qaz kəmərinin Ağrı vilayətindən keçən hissəsində partlayış baş verib

Bakı. 28 iyul. REPORT.AZ/ İranla sərhəddə Türkiyənin Ağrı vilayətində Türkiyə-İran qaz kəməri partladılıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

"İran -Türkiyə qaz kəmərinin Ağrı vilayətində, sərhəddən 15 km məsafədə yerləşən hissəsində təxribat nəticəsində partlayış baş verib ", - Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Partlayışdan sonra baş verən yanğının qısa müddətdə söndürüldüyünü deyən Yıldız, kəmərin təmirindən dərhal sonra qazın verilməsinin bərpa olunacağını söyləyib.

Onun sözlərinə görə, hakimiyyət orqanları bölgənin təbii qaz ehtiyacını təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Son xəbərlər

Orphus sistemi