Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Türkiyə - İran iqtisadi komissiyasının toplantısı işə başlayıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, yığıncaq Ankarada keçiriləcək. İranın nümayəndə heyətinə bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi başçılıq edir.
Toplantıya Türkiyə və İranın özəl sektordan olan iş adamları da qatılacaq.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması nəzərdə tutulub.