Yuxarı

Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib

Bankları Tənzimləmə və Nəzarət Qurumunda da FETÖ ilə əlaqədə şübhəli sayılan 86 nəfər vəzifəsindən kənarlaşdırılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlar Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar. 

Bundan əlavə, Ahilər İnkişaf Agentliyinin baş katibi Mehmet Fatih Yıldız da işdən azad edilib. 

Eyni zamanda, Bankları Tənzimləmə və Nəzarət Qurumunda (BDDK) FETÖ ilə əlaqədə şübhəli sayılan 86 nəfər vəzifəsindən kənarlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi