​Türkiyə hökumətinin təcili toplantısı keçirilir

​Türkiyə hökumətinin təcili toplantısı keçirilir Əhməd Davudoğlu seçkiqabağı kampaniyanı dayandırıb
Region
10 Oktyabr , 2015 15:46
​Türkiyə hökumətinin təcili toplantısı keçirilir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ankarada baş verən partlayışla bağlı Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumət üzvləri və güc strukturları rəhbərlərinin təcili toplantısını keçirir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Əhməd Davudoğlu 3 günlüyə seçki təbliğatı kampaniyasını və seçicilər qarşısında çıxışını dayandırıb.

Xəbərər görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulda keçirdiyi tədbiri təxirə salaraq, Ankaraya qayıdıb.

Müxalifət partiyalarının liderləri də seçkiqabağı təbliğat kampaniyasını apardıqları bölgələrdən ölkə paytaxtı Ankaraya dönüblər. 

Son xəbərlər

Orphus sistemi