Türkiyə
“Report” TRT Haberə istinadən xəbər verir ki, hazırda XİN Pekindəki səfirliyi ilə birgə yerli qurumlarla və bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə yaxından təmas saxlayır.
Bununla yanaşı, XİN Türkiyə vətəndaşlarını xüsusi ehtiyac olmadan Çinə getməməyə, Çində olanları isə xəstəliyə yoluxma hallarının daha çox olduğu bölgələrdən uzaq olmağa, tibbi qaydalara əməl etməyə çağırıb.
Türkyənin Çindəki səfiri Emin Önən hazırda səfirlikdə qeydiyyatdan keçən 6 minədək, Hubey əyalətinin paytaxtı Vuhan şəhərində isə 100-dək vətəndaşının yaşadığını, hazırda aralarında virusa yoluxanların olmadığını bildirib.