Yuxarı

Türkiyə hökuməti: İŞİD və PKK-ya hədəflərin vurulması təsirli olub

İraqın şimalında PKK terror təşkilatının istifadə etdiyi sığınacaq və anbarlar vurulub

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyə hökuməti Suriyanın şimalında İŞİD və İraqın şimalında PKK terror təşkilatlarına aid hədəflərin vurulmasının təsirli olduğunu bildirib.

“Report” “Anadolu” agentliyinə istinadən bildirir ki, icra edilən hava hərəkatında İraqın şimalında PKK terror təşkilatının istifadə etdiyi Zap, Metina, Gara, Avaşin-Basyan, Sinath Haftanin, Hakurk və Kandildə sığınacaq, anbar, sığınacaq məqsədi ilə istifadə olunan mağaraların vurulduğu açıqlanıb.

Açıqlamada Türkiyənin təhlükəsizlik gücləri tərəfindən ölkə vətəndaşlarının təhlükəsizliyini riskə atan İŞİD, PKK və DHKP-C terror təşkilatlarına qarşı təşkil olunan əməliyyatların daxildə və xaricdə davam etdirildiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi