Türkiyə hökuməti 10 856 nəfərin pasportunu ləğv edib

Türkiyə hökuməti 10 856 nəfərin pasportunu ləğv edib Efkan Ala: "Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb"
Region
22 İyul , 2016 20:18
Türkiyə hökuməti 10 856 nəfərin pasportunu ləğv edib

Bakı. 22 iyul. REPORT.AZ/ "Bu gün Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra 10 856 nəfərin pasportunu ləğv edib". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Efkan Ala bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədə dövlət çevrilişinə cəhd göstərənlərdən 17 nəfəri axtarışdadır: "Həmin şəxslər Muğlada Türkiyə prezidentinin qaldığı hotelə basqın edənlərdəndir: "İtkin düşən hərbçilər deyil, qaçaqlar var. Onların barəsində istintaq tədbirləri görülsə də, ancaq saxlanılacaqlaını bildiklərindən qaçıblar".

Nazir həmçinin deyib ki, Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb: "Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib". 

Son xəbərlər

Orphus sistemi