Türk ordusu "İŞİD"-ə sarsıdıcı zərbə endirib

Türk ordusu "İŞİD"-ə sarsıdıcı zərbə endirib Türkiyə hərbi qüvvələri İŞİD qruplaşmasının Suriyadakı mövqelərinə 50 zərbə endirib
Region
9 Mart , 2016 00:50
Türk ordusu İŞİD-ə sarsıdıcı zərbə endirib

Bakı. 9 mart. REPORT.AZ/ Türkiyə hərbi qüvvələri "Fırtına" özüyeriyən topları ilə terrorçu İŞİD qruplaşmasının Suriyanın şimalındakı sığınacaqlarını bombardman edib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, terrorçulara məxsus 5 hədəfə 50-dən çox mərmi atılıb.

Əməliyyatdan bir neçə saat əvvəl Suriyadan atılan top mərmiləri Türkiyənin bu ölkə ilə sərhədində yerləşən Kilis rayonunun mərkəzinə düşüb. Nəticədə biri uşaq olmaqla, iki nəfər həlak olub. Bir uşaq yaralanıb.

Son xəbərlər

Orphus sistemi