Türkiyə hərbi hava qüvvələrinin komandanı xüsusi əməliyyat nəticəsində azad edilib

Türkiyə hərbi hava qüvvələrinin komandanı xüsusi əməliyyat nəticəsində azad edilib Dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.
Region
16 İyul , 2016 19:03
Türkiyə hərbi hava qüvvələrinin komandanı xüsusi əməliyyat nəticəsində azad edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə hərbi hava qüvvələrinin komandanı Abidin Ünal xüsusi əməliyyat nəticəsində qiyamçı hərbçilərdən azad edilib. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Abidin Ünal və Türkiyə hərbi hava qüvvələrinin yüksək rütbəli şəxsləri ötən gün Əskişəhərdə toy mərasimində olublar. Toy zamanı 5 hərbi helikopter mərasim olan yerə enərək Ünalı və hərbi hava qüvvələrinin bir neçə yüksək vəzifəli şəxsini girov götürüb.

Qeyd edək ki, Türkiyədə silahlı çevrilişə cəhd edən 2,8 mindən şəxs artıq həbs olunub, onların içərisində yüksək hərbi rütbəlilər də var. Son məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi