​Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - FOTO - YENİLƏNİB-4

​Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - FOTO - YENİLƏNİB-4 Onlardan ikisi polkovnik, ikisi hərbçilərin həyat yoldaşı və ikisi də uşaqdır
Region
5 İyul , 2016 23:07
​Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - FOTO - YENİLƏNİB-4

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "S-70" vertolyotunun ölkənin şimal-şərqində yerləşən Giresun əyalətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 8 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Giresun meri Kərim Aksu NTV telekanalının efirində məlumat verib.

***21:14

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Sikorsky S-70" modelli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Giresun bələdiyyə başqanı Kerim Aksu bildirib.

Onun sözlərinə görə, hadisədə həyatını itirənlərdən ikisi polkovnik, ikisi hərbçilərin həyat yoldaşı və ikisi də uşaqdır: "Hazırda xəstəxanalara 7 yaralı gətirilib və müalicələri gedir".

*** 20:52

"Şəhidlərimiz, yaralılarımız var, ancaq hazırda sayını açıqlamaq yanlış olur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin Giresun vilayətində "Sikorsky S-70" modelli hərbi helikopterin qəzaya uğraması xəbərini təsdiqləyərkən bildirib. 

Onun sözlərinə görə, helikopterdə 15 nəfər olub: "Giresuna qayıdan zaman qəzaya düşüblər. Hazırda 5 və ya daha çox yaralı var. Yaralılar xəstəxanalara aparılır. Qəzanın səbəbi ətraflı araşdırılacaq. Helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil". 

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Sikorsky S-70" modelli helikopter qəzaya uğrayıb. Helikopterdə 8 hərbçi, onlardan 4-nün həyat yoldaşı və 3 uşağı olub.  

*** 20:06

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Sikorsky S-70" modelli helikopter qəzaya uğrayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Giresun vilayətində baş verib. 

Məlumata görə, helikopterdə 15 nəfər olub. Onlar arasında Giresun vilayəti jandarmeriyasının komandanı, general-mayor Mustafa Doğru, 1 polkovnik və 1 mayor da var. 

Hadisə yerinə xeyli sayda xilasedici və təcili tibbi yardım maşınları cəlb edilib.

İlkin ehtimala görə, qəzaya qatı duman səbəb olub. Hadisə nəticəsində 1 hərbçinin həyatını itirdiyi, 2 əsgərin yaralandığı bildirilir.  

Məlumat hələlik rəsmi təsdiqini tapmayıb. 

Son xəbərlər

Orphus sistemi