Türkiyə Hərbi Hava Qüvvələrində qulluq edən 60 nəfərin tutulması haqda qərar verilib

Türkiyə Hərbi Hava Qüvvələrində qulluq edən 60 nəfərin tutulması haqda qərar verilib Onlar arasında yüksək vəzifəlilər və pilotlar da var
Region
22 Noyabr , 2016 10:13
Türkiyə Hərbi Hava Qüvvələrində qulluq edən 60 nəfərin tutulması haqda qərar verilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələrində qulluq edən 60 hərbçinin tutulması haqda qərar verilib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər. 

Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Konya daxil olmaqla ölkənin 19 əyalətində əməliyyat keçiriləcək. 

Saxlanılması haqda qərar verilənlər arasında yüksək vəzifəlilər və pilotlar da var. 

Son xəbərlər

Orphus sistemi