Prezident Administrasiyasının sözçüsü: “Türkiyə hərbçiləri və Suriya Azadlıq Ordusu Əl-Babdadır”

Prezident Administrasiyasının sözçüsü: “Türkiyə hərbçiləri və Suriya Azadlıq Ordusu Əl-Babdadır” İbrahim Kalın: “Demək olar əməliyyat baş çatmaq üzrədir”
Region
8 Fevral , 2017 17:59
Prezident Administrasiyasının sözçüsü: “Türkiyə hərbçiləri və Suriya Azadlıq Ordusu Əl-Babdadır”

Bakı. 8 fevral. REPORT.AZ/ “Türkiyə hərbçiləri və Suriya Azadlıq Ordusu Əl-Baba daxil olub”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ölkə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.

“Demək olar ki, əməliyyat baş çatmaq üzrədir. Şəhər xəstəxanasının yerləşdiyi ərazi azad edilib. Hazırda Türkiyə hərbçiləri və Suriya Azadlıq Ordusu şəhərin içindədir. Ancaq onun sona çatdığını söyləmək hələ tezdir” - İbrahim Kalın vurğulayıb.

Onun sözlərinə görə, terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka şəhərinin onlardan təmizlənməsi istiqamətində hazırlıq görülür: “Şəhərin terrorçulardan təmizlənməsi əməliyyatının detallarını Türkiyə hazırlayıb. Həmin plan ABŞ və beynəlxalq koalisiyaya təqdim edilib. Hazırda bu istiqamətdə müzakirə davam edir”.

Son xəbərlər

Orphus sistemi