Türkiyə hərbçiləri Suriyada İŞİD-in 272 hədəfini atəşə tutub

Türkiyə hərbçiləri Suriyada İŞİD-in 272 hədəfini atəşə tutub “Fırat kalkanı” anti-terror əməliyyatının 157-ci günündə terrorçu İŞİD qruplaşmasının daha 22 silahlısı məhv edilib
Region
27 Yanvar , 2017 10:56
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 272 hədəfini atəşə tutub

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 22 silahlısı məhv edilib.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyə hərbçiləri əməliyyatın 157-ci günündə terrorçuların 272 hədəfini atəşə tutub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi