Türkiyə hərbçiləri Suriyada İŞİD-in 180 hədəfinə zərbə endirib

Türkiyə hərbçiləri Suriyada İŞİD-in 180 hədəfinə zərbə endirib Terrorçu qruplaşmanın daha 17 silahlısı məhv edilib
Region
25 Yanvar , 2017 10:16
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 180 hədəfinə zərbə endirib

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 17 silahlısı məhv edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatın 155-ci günündə terrorçuların 180 hədəfinə hava zərbəsi endirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi