Türkiyə hərbçiləri İŞİD-in daha 19 silahlısını məhv edib

Türkiyə hərbçiləri İŞİD-in daha 19 silahlısını məhv edib Havadan endirilən zərbələr nəticəsində terrorçuların 367 istehkamı və sığınacaq yeri dağıdılıb
Region
10 Yanvar , 2017 10:49
Türkiyə hərbçiləri İŞİD-in daha 19 silahlısını məhv edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyada terrorçu İŞİD qruplaşmasının 19 silahlısını məhv edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 367 istehkamı və sığınacaq yeri dağıdılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

Son xəbərlər

Orphus sistemi