Yuxarı
    Bağlamaq

    Türkiyə hərbçiləri İŞİD-in 21 üzvünü zərərsizləşdirib

    Əməliyyat Suriyanın Əl-Bab, Bzagah, Suflaniyah və Kabr əl-Mukri bölgələrində keçirilib

    Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 21 üzvü zərərsizləşdirilib, 12 hədəfi məhv edilib.

    “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Bzagah, Suflaniyah və Kabr əl-Mukri bölgələrində aparılıb.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi