Türkiyə hərbçiləri İŞİD-in 21 üzvünü zərərsizləşdirib

Türkiyə hərbçiləri İŞİD-in 21 üzvünü zərərsizləşdirib Əməliyyat Suriyanın Əl-Bab, Bzagah, Suflaniyah və Kabr əl-Mukri bölgələrində keçirilib
Region
7 Yanvar , 2017 14:07
Türkiyə hərbçiləri İŞİD-in 21 üzvünü zərərsizləşdirib

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 21 üzvü zərərsizləşdirilib, 12 hədəfi məhv edilib.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Bzagah, Suflaniyah və Kabr əl-Mukri bölgələrində aparılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb. 

Son xəbərlər

Orphus sistemi