Türkiyə hərbçiləri İraqın şimalında terrorçu PKK-nın 27 silahlısını məhv edib

Türkiyə hərbçiləri İraqın şimalında terrorçu PKK-nın 27 silahlısını məhv edib Türkiyə qırıcılarının endirdiyi zərbələr nəticəsində terrorçuların 3 sığınacaq yeri dağılıb
Region
24 Fevral , 2017 10:14
Türkiyə hərbçiləri İraqın şimalında terrorçu PKK-nın 27 silahlısını məhv edib

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kandil bölgəsində keçirdiyi anti-terror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 27 silahlısı məhv edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, Türkiyə qırıcılarının endirdiyi zərbələr nəticəsində terrorçuların 3 sığınacaq yeri dağılıb. 

Son xəbərlər

Orphus sistemi