Yuxarı

​Türkiyə hərbçiləri İraqın şimalında 80 terrorçunu məhv edib

Terrorçu PKK-nın lideri Murad Karayılanın zərərsizləşdirildiyi xəbəri təsdiq olunmayıb

Bakı. 27 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında keçirdiyi hava əməliyyatı nəticəsində 80 terrorçu məhv edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, öldürülən silahlılar arasında terrorçu PKK qruplaşmasının aparıcı nümayəndələri də var.

Qeyd edək ki, bu gün sosial şəbəkədə terrorçu PKK-nın lideri sayılan Murad Karayılanın da Türkiyə xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirildiyi haqda xərəblər yayılmışdı. Ancaq Türkiyənin hərbi mənbələri bu məlumatı təsdiq etməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi