Yuxarı

​Türkiyə hərbçiləri İraq-İran sərhədində 34 terrorçunu zərərsizləşdirib

Hərbi Hava Qüvvələri Kandildə əməliyyat keçirib

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin İraq-İran sərhədində yerləşən Kandil dağındakı terrorçu PKK-nın mövqelərini vuması nəticəsində 34 terrorçu zərərsizləşdirlib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, İraqın şimalında, Kandil dağında terrorçulara qarşı həyata keçirilən hava əməliyyatı nəticəsində 34 terrorçu məhv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi