Türkiyə hərbçiləri Əl-Babda İŞİD-in 11 silahlısını zərərsizləşdirib

Türkiyə hərbçiləri Əl-Babda İŞİD-in 11 silahlısını zərərsizləşdirib Terrorçuların istehkamı, sığınacaq yerləri və silah anbarı məhv edilib
Region
11 Yanvar , 2017 12:20
Türkiyə hərbçiləri Əl-Babda İŞİD-in 11 silahlısını zərərsizləşdirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının 11 silahlısını məhv edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 12 istehkamı, sığınacaq yeri və silah anbarı dağıdılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi