Yuxarı

Türkiyə hərbçiləri Çukurcada 57 terrorçunu zərərsizləşdirib

Hazırda 1 əsgərin şəhid olduğu və 6 hərbçinin yaralandığı əməliyyat davam etdirilir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Hakkarinin Çukurca rayonunda reallaşdırdığı əməliyyatda indiyədək 27 terrorçu öldürülüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, TSQ-nin açıqlamasına görə, bu gün Çukurca rayonu sahəsində 1-ci Ordu Komandanlığının hərbçilərinin iştirak etdiyi və hava qüvvələri tərəfindən dəstək verilən "Şəhid çavuş Mekan Şahin" əməliyyatında 27 terrorçu öldürülüb, 30 terrorçu isə yaralanıb. Bununla da, ümumilikdə 57 terrorçu zərərsizləşdirilib.

Əməliyyatda terrorçuların 5 sığınma yeri və onların istifadə etdiyi xeyli sayda silah-sursat ələ keçirilib.

Hazırda 1 əsgərin şəhid olduğu və 6 hərbçinin yaralandığı əməliyyat davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi