Fikri İşık: "Türkiyə hərbçiləri bölgə İŞİD-dən təmizlənənədək Başikada qalacaq"

Fikri İşık: "Türkiyə hərbçiləri bölgə İŞİD-dən təmizlənənədək Başikada qalacaq" İraq səfiri: "Mosul 3 ay ərzində terrorçulardan təmizlənəcəK"
Region
11 Yanvar , 2017 14:22
Fikri İşık: Türkiyə hərbçiləri bölgə İŞİD-dən təmizlənənədək Başikada qalacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ “Əməliyyata Türkiyədən yardım gözləmirik, Mosul 3 ay ərzində terrorçulardan təmizlənəcək”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İraqın Ankaradakı səfirİ Tallal Cəmil Saleh əl-Obaidi Türkiyə hərbçilərinin Başikadan çıxması məsələsinə münasibət bildirərkən deyib.

Səfir terrorçu PKK qruplaşmasının İraqın Sincar bölgəsindən təmizlənəcəyini də vurğulayıb.

Türkiyənin müdafiə naziri Fikri İşık Türkiyə hərbçilərinin İraqın Başika bölgəsində məcburiyyətdən qaldıqlarını söyləyib: "Bölgə terrorçu İŞİD qruplaşmasından təmizlənənədək Türkiyə hərbçiləri orada qalacaq".

Qeyd edək ki, yanvarın 7-8-də İraqda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım hərbçilərin Başikadakı hərbi bazadan çıxmayacağını bildirib: “Bu, hərbi düşərgənin İraqdakı hökumətdən asılı olmadığı demək deyil. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.

Xatırladaq ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarına terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.

Son xəbərlər

Orphus sistemi