Türkiyə həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Türkiyə həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Ümumilikdə Türkiyə həbsxanalarında 108 ölkədən 2 936 vətəndaş cəza çəkir
Region
18 Noyabr , 2014 13:42
Türkiyə həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyə həbsxanalarında hazırda 76 Azərbaycan vətəndaşı cəza çəkir.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, 2011-ci illə müqayisədə Türkiyə həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 10 nəfər artıb.

Ümumilikdə isə Türkiyə həbsxanalarında 108 ölkədən 2 936 vətəndaş saxlanılır. Onlardan ən çoxu Suriya (622 nəfər), İran (426 nəfər) və Gürcüstan (208 nəfər) vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi